SOCAR 2021-ci ilin yanvar-iyul aylarında Bakı-Novorossiysk neft kəməri ilə 583,29 min ton neft ixrac edib.
Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki,“Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-iyul aylarında Azərbaycandan Novorossiysk limanına 583,29 min ton, iyulda isə 84,74 min ton neft nəql olunub
Ötən ilin müvafiq dövründə bu boru kəməri ilə neft ixracı 19,7 dəfə artıb.
Yanvarın sonunda “Transneft” və SOCAR arasında Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan artıq neft ixracına dair müqavilə imzalanıb.