Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,69 mlrd. barelə yaxın neft yola salınıb.
Bu barədə BIL-dən bildirilib.
Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.
Məlumata görə, hesabat dövründə terminaldan 4 810 tanker neft ilə yüklənilib və yola salınıb. Bu il (avqustun 2-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 115 811,354 min barel neft 160 tankera yüklənilərək göndərilib.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.
(c)APA