SƏNAYE

02 Avqust

Qızıl sərmayəçiləri məşğulluq məlumatına fokuslanıblar

Qızıl sərmayəçiləri bu həftə ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatına fokuslanıblar.

Fins.az xəbər verir ki, qızılın unsiyası 1810 dollar ətrafında ticarət olunmağa davam edir.

ABŞ Mərkəzi Bankının (Fed) məşğulluq bazarının qiymətli kağız alışını azaltmaq üçün əsas faktorlardan biri olacağını vurğulamasından sonra, qızıl sərmayəçiləri Cümə günü açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatını yaxından izləyəcəklər.

Fed, İyul ayı yığıncağında faizini dəyişdirməyərək 0% - 0.25% aralığında sabit saxlamış, iqtisadiyyatı dəstəkləmək üçün bütün vasitələrin dayanıqlılıqla istifadə ediləcəyini təkrarlamışdı.