Bu ilin iyun ayında Azərbaycan 9,5 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edib.
Fins.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyul sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.
2021-ci ilin yanvar-iyun aylarında isə Azərbaycandan 50 milyon dollar dəyərində ilkin formalı polietilen ixrac olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,05 dəfə çoxdur.
(c)report