2021-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 22 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”da məlumat verilib .
Məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.2021-ci ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 2,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib
Müəllif:Aynur Qəniyeva