"Bakı Dəmir Beton - 8" ASC 2020-ci ili 495 manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 4816 manat xalis mənfəət ilə bağlamışdı.
Fins.az ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin 2019-cu ildə 613 min manat təşkil etmiş əssas əməliyyat gəliri 2020-ci ildə 63 min manata düşüb (10 dəfəyə yaxın azalma).
Ötən il şirkət 545 min manat sair əməliyyat gəliri də əldə edib (2019-da 217 min manat).
Ötən il ASC-nin 608 min 136 manat cəmi gəlirlərinə qarşılıq cəmi xərcləri 608 min 631 manat təşkil edib. 2019-cu ildə ASC-nin cəmi gəlirləri 829 min 572 manat, cəmi xərcləri isə 824 min 756 manat təşkil etmişdi.