SƏNAYE

27 İyul

Azərbaycanın iri fondu 102 tona yaxın qızılını saxlayır

2021-ci ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları dəyişməyib.

Marja Neft Fondunun 2021-ci ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub. Ötən ilin sonunda da qızılın həcmi 101,8 ton təşkil etmişdi.

Dövlət Neft Fondu 2020-ci ildə 0,6 ton qızıl almışdı. 

Qeyd edək ki, cari ilin iyun ayının sonunda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 13,1 faizini təşkil edib. Ötən ilin sonunda bu nisbət 14,2 faiz idi.

Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 62,9% təşkil edib ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 3,9 faiz bəndi azdır. Əvəzində ARDNF investisiya portfelində səhmin payını 13,7%-dən 17,9%-ə çatdırıb.