“ASK Tütün” MMC şirkəti "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC-nin tərkibindən ayrılıb.
Fins.az xəbər verir ki, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, tərkibindən “ASK Tütün” MMC ayrıldığından yenidən təşkil olunduğunu elan edib.
Nəticədə “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin nizamnamə kapitalı 359 min 962 manat azalaraq 22 milyon 257 min 298 Azərbaycan manatından 21 milyon 897 min 336 Azərbaycan manatına düşüb.
Kreditor və borclular tələblərini 30 gün müddətində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məh. 1033 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC tütün istehsalını və emalını Cəmiyyətin törəmə müəssisəsi olan “Azərtütün ASK” MMC-nin vasitəsi ilə həyata keçirir.