SƏNAYE

22 İyul

Dövlət Neft Fondu dövlət büdcəsinə proqnozdan az vəsait köçürüb

2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozdan az vəsait daxil olub. Bu, Fondun valyuta satışı qrafikində geri qalması ilə əlaqədardır. Hərraclarda təklif tələbi üstələdiyindən Fond satışa çıxartdığı vəsaitləri tam sata bilmir.

Fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 696,7 milyon manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1 milyard 403,2 milyon manat və ya 23% az vəsait daxil olmuşdur