SƏNAYE

22 İyul

"Lukoil" neft qiymətləri üzrə proqnozunu - Açıqlayıb

Rusiyanın "Lukoil" şirkəti yaxın gələcəkdə bir barel neftin qiymətlərinin 68-75 ABŞ dolları civarında olacağını gözləyir.

Fins.az xəbər verir ki, bu barədə "Lukoil"ın prezidenti Vahid Ələkbərov deyib.

Qeyd edək ki, hazırda "Brent" neftinin qiyməti 72,75 dollar, WTI markalı neftin qiyməti isə 70,78 dollar təşkil edir. (Apa)