SƏNAYE

18 İyul

SOCAR-ın vitse-prezidentləri işdən çıxarılıb? - Açıqlama

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və Xalik Məmmədov vəzifələrindən azad ediliblər.

Bu barədə haqqin.az şirkətdəki mənbələrinə istinadən bildirib.

Mənbələr qeyd ediblər ki, SOCAR-da kütləvi kadr dəyişiklikləri Azərbaycan Dövlət Neft Şirkətindəki islahatlar və restrukturizasiyalarla bağlıdır.

 

***

Şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bildirib ki, SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan Prezidenti təyin edir:

“Buna görə şirkətin hərhansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur.”

(c)Qafqazinfo