SƏNAYE

17 İyul

OPEC qlobal neft tələbinin 6 milyon barel artacağını gözləyir

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC), qlobal neft tələbinin gündəlik təxminən 6 milyon barel artaraq bu il gündəlik 96,6 milyon barel olacağını proqnozlaşdırır.

Fins.az OPEC-in iyun ayına dair neft bazarı hesabatına istinadən xəbər verir ki, bu il OPEC ölkələrinin neft tələbinin gündəlik 2,7 milyon barel artaraq 44,7 milyon barelə çatacağı, OPEC-ə üzv olmayan ölkələrin neft tələbinin isə daha çox Çin və Hindistan ilə gündəlik 3,3 milyon barel artması gözlənilir.

OPEC qeyd edib ki, neft tələbini, qlobal iqtisadiyyatda daha yaxşı bir iqtisadi artım olması və yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə mübarizədə peyvəndləmənin sürəti müəyyən edəcəkdir.

Eyni zamanda, koronavirusun yeni variantlarının ortaya çıxması iqtisadi artım ilə bağlı qeyri-müəyyənlik yaratmaqda davam edir.

Hesabata görə, qlobal neft istehsalı (təklifi) keçən ay bir əvvəlki ayla müqayisədə gündəlik 1,1 milyon barel artaraq təxminən 94,5 milyon barel təşkil edib.