Ukraynada paytaxt Kiyevdə bu gün “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələrindən birində Amerika Birləşmiş Ştatlarının (ABŞ) dünyaca məşhur “Nathans famous” mətbəx brendinin açılış mərasimi olub.
Fins.az xəbər verir ki, tədbirdə “SOCAR Energy Ukraine” şirkətinin rəhbəri Elçin Məmmədov, Azərbaycanın Ukraynada səfiri Elmira Axundova, ABŞ Dövlət katibinin köməkçisinin müavini Georgi Kent, ABŞ-Ukrayna Ticarət Palatasının prezidenti Endi Hunder, “Nathans famous”un vitse prezidenti Ceyms Volker və digər qonaqlar iştirak ediblər.
Açılışda G. Kent ölkəsinə məxsus brendin dünya ölkələri üzrə fəaliyyətindən danışaraq Ukraynanın da artıq bu ölkələr sırasına qoşulduğunu qeyd edib. Onun sözlərinə görə, brendin SOCAR-a məxsus məntəqədə açılması ona görə əsaslanır ki, artıq bu Azərbaycan brendi dünyaca məşhurdur və insanların mütəmadi daha çox ziyarət etdiyi məkandır. Onun sözlərinə görə, SOCAR həyata keçirdiyi layihələrdə kifayət qədər rəğbət qazanıb.
Səfir Elmira Axundova isə çıxışında bildirib ki, belə bir brendin SOCAR-da açılması əhəmiyyətli hadisədir: “Biz bilirik ki, dünyaca məşhur bu brend restoranlar şəbəkəsinə malikdir. Mənə bildirildi ki, SOCAR-ın Ukraynada 6 məntəqəsində bu brend fəaliyyətə başlayıb və Ukrayna üzrə mövcud bütün 57 məntəqədə fəaliyyət göstərəcək. Bu mənada SOCAR qida mədəniyyətinin inkişafına, ukraynalıların dünyaca məşhur mətbəxlə tanışlığına investisiya qoymuş olur”, -deyə səfir əlavə edib.
Elmira Axundovanın sözlərinə görə, ümumiyyətlə, Azərbaycan daim dünyaca tanınmış brendlərlə əməldaşlığa böyük önəm verir. Hələ vaxtı ilə “McDonalds” Azərbaycanda fəaliyyətə başlayan zaman açılışında ulu öndərimiz Heydər Əliyev
Elmira Axundova bildirib ki, “SOCAR Energy Ukraine” qısa müddətdə ölkədə çoxmilyonluq sərmayə qoyuluşuna malik olub. “Sosial-mədəni layihələrə 6 milyon dollardan çox yatırım qoyub. Şirkət tərəfindən həyata keçirilən layihələr Ukraynanın infrastrukturunun və iki ölkə münasibətlərinin inkişafında müstəsna rol oynayır. Təkcə 2020-ci ildə şirkət Ukrayna büdcəsinə 1,5 milyard qriven vergi ödəyib.
Tədbir iştirakçıların çıxışından sonra bədii hissə ilə davam edib. İştirakçılar “SOCAR Energy Ukraine” məxsus məntəqənin fəaliyyəti ilə də tanış olublar. (Azərtac)