SƏNAYE

13 İyul

“Azəriqaz”ın baş direktoru ona müraciət edən vətəndaşlara - Özü Zəng Edəcək - VİDEO

Sosial şəbəkələr üzərindən müraciətlərə xüsusi diqqət ayıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.

Fins.az xəbər verir ki, bu barədə “Azəriqaz”ın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla da vətəndaşların problemlərinin daha operativ həllinə çalışılacaq. Artıq neçə gündür ki, bu təşəbbüsə start verilib.

Telefon danışığı zamanı baş direktor müvafiq struktur rəhbərlərini də qrup zənginə qoşaraq ünvanlanan müraciətlərin qısa müddət ərzində həllini tapmasına çalışr, müraciətlərin icrasının nə yerdə olması ilə də maraqlanır, bununla da, struktur rəhbərlərini vətəndaş müraciətlərinə məsuliyyətlə yanaşmağa vadar edir.

"Vətəndaşların problemlərinin daha operativ şəkildə həllini tapması üçün vətəndaşlar bundan sonra gün ərzində ayrı-ayrı saatlarda R. Əliyevin zənglərini qəbul edəcək. Belə zənglər zamanı abunəçilər fikirlərini sərbəst səsləndirməkdən çəkinməsinlər", - deyə məlumatda qeyd olunub.