SƏNAYE

09 İyul

Bu agentliyə 24% çox istehlakçı müraciət edib 

2021-ci ilin ikinci rübündə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı EMTA-ya bilavasitə və Energetika Nazirliyindən 1714 müraciət daxil olub.

Fins.az xəbər verir ki,elektrik enerjisi təchizatı ilə bağlı 79-u məlumat üçün olmaqla, cəmi 1350 müraciət daxil olub. Bu, 1-ci rüb ilə müqayisədə 259 müraciət və ya 24% çoxdur;

Məlumata görə təbii qaz təchizatı ilə bağlı 12-si məlumat üçün olmaqla, cəmi 171 müraciət daxil olub. Bu, 1-ci rüb ilə müqayisədə 170 müraciət və ya 49,8% azdır;

Bildirilir ki,istilik təchizatı ilə bağlı 1-i  məlumat üçün olmaqla, cəmi 10 müraciət daxil olub. Bu, 1-ci rüb ilə müqayisədə 12 müraciət və ya 54,5 faiz azdır;

Digər məsələlərlə bağlı 43-ü məlumat üçün olmaqla, cəmi 183 müraciət daxil olub. Bu, 1-ci rüb ilə müqayisədə 75 müraciət və ya 29 faiz azdır.

1714 müraciətdən:1103 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb ( 15 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib),2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub,474 müraciət hazırda baxılma prosesindədir,135 məlumat xarakterli müraciətdən 33-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.