SƏNAYE

06 İyul

Vahid Ələkbərovun şirkəti Meksikadakı neft layihəsinə ortaq oldu

Rusiyanın neft şirkəti Lukoil, Meksikadakı "Bölgə 4" adlı sahənin işlətmək hüququnun 50%-ini 435 milyon dollara aldığını açqlayıb.

Fins.az xəbər verir ki, Lukoil yaydığı açıqlamada, Meksikanın şirkət baxımından strateji bir bölgə olduğu qeyd edilib.

Şirkətin Meksikadakı enerji sərmayələrini davam etdirdiyi məlumatına yer verilən açıqlamada, "Meksikadakı "Bölgə 4" adlı sahənin işlətmək hüququnun 50%-ini 435 milyon dollara almaq üçün layihəni həyata keçirən"PetroBal" şirkəti ilə razılaşma təmin etdik. Layihə, Meksika Körfəzində 58 kvadrat kilometr sahəyə sahib iki hissədən ibarətdir", - bildirilir.

Alınan bölgədə təxminən 564 milyon barel neft ehtiyatları olduğu qeyd edilən açıqlamada, razılaşmanın qüvvəyə minməsi üçün Meksikadakı əlaqədar dövlət təşkilatlarının təsdiqinin gözlənildiyi qeyd edilib.