2020-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) top menecmentinə ödənilən bonusların məbləği azalıb.
Fins.az xəbər verir ki, bu barədə şirkətin illik hesabatında bildirilir.
Qeyd edək ki, SOCAR rəhbərliyi prezident və 12 vitse-prezidentdən ibarətdir. Bütün menecerlər Azərbaycan prezidentin tərəfindən təyin edilir.
Hesabata əsasən baş rəhbərliyin bütün üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də, Qrupun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə ödənişlər almak hüququna malikdirlər. 2020-ci ildə SOCAR-ın baş rəbərliyinə cəmi ödənişlər 1 milyon 376 min manat təşkil edib. Bu orta hesabla hər bir top menecerə ildə 100 min manatdan bir qədər artıq təşkil edir.
2019-cu illə müqayisədə SOCAR rəhbərliyinin bonusları azalıb. Belə ki, 2019-cu ildə bu məbləğ1 milyon 404 min manat, 2018-ci ildə isə 1 milyon 282 min manat təşkil edirdi.