“Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsi ərazisində son illər ərzində 28 ədəd 35 kV-luq yarımstansiya tikilmiş, 7 ədəd 35/0,4 kV –luq KTM quraşdırılmış və 3 ədəd 35 kV-luq mövcud köhnəlmiş yarımstansiya yenidən qurulmuşdur. Yeni tikilmiş və yenidənqurma işləri aparılmış bütün yarımstansiyalarda müasir avadanlıqlar quraşdırılıb.
Fins.az xəbər verir ki, 124 km-dən artıq 35 kV-luq yeni hava elektrik veriliş xəttləri çəkilmiş, 445 ədəd müxtəlif güclü KTM quraşdırılmış, 1534 km ÖİN tipli naqil çəkilmiş və abonetlərin ünvanlarına 140 min 744 ədəd elektrik hesabat sayğacları quraşdırılmışdır.
Bu işlərin davamı olaraq hazırda Siyəzən rayonu Dağquşçu kəndində gücü 2,5 MVA olan yarımstansiya tikilir və yarımstansiyanı qidalandırmaq üçün 10,5 km uzunluğunda 35 kV hava elektrik veriliş xəttlərinin çəkilişi işləri aparılır. Xaçmaz şəhəri, 21, 25-ci məhəllələrində və İstisu qəsəbəsində, Qusar şəhəri, M. Vəliyev küçəsində Həmzə və Aladaş kəndlərində, Şabran rayonu, Surra kəndində, Quba rayonunun Amsarqışlaq və Vəl-Vələ kəndlərində 10 və 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri davam etdirilir.
Müəllif:Aynur Qəniyeva