"SOCAR Türkiyə" şirkətində İdarə heyətinin sədri Vaqif Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada çıxışında dilə gətirdiyi "Türkiyə Petrolları" (TPAO) ilə SOCAR-ın üçüncü ölkələrdə sərmayə yatırması mövzusunda, "Ölkə hələ müəyyən deyil. Lakin uzaq bir bölgə olmayacaq, yaxın coğrafiya üçün qiymətləndirmələrimiz ola bilər" deyib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib:
“Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətimizin Azərbaycanda mühüm investisiyaları var. Eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir. Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla birlikdə müzakirə etdik. İnşallah, bunun üzərində də işləyirik və işləyəcəyik".