Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1603,6 mln. manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3% artıb. Dövlət Statistika Komitəsindən
Məlumata görə, neft məhsullarından sürtkü yağlarının istehsalı 79,8%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 34,3%, neft koksunun istehsalı 16,1%, dizel yanacağının istehsalı 9,2% artmış, avtomobil benzininin istehsalı 5,4%, neft bitumunun istehsalı 7,7%, ağ neftin istehsalı 13,8%, yanacaq mazutunun istehsalı isə 36,6 azalıb.
(c)APA