SƏNAYE

14 İyun

Birbaşa investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi AÇIQLANIB

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 89.2% təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə 2021-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının Tədiyə balansında məlumat verilib 

 Məlumata görə, tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin -28.5 mln. dollar azalması cəlb olunmuş investisiya ilə 1 249.4 mln.dollar kapitalın repatriasiyası- 1 277.9 mln. dollar arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 151.5 mln. dollar -36.1% azalma olub. 

Müəllif:Aynur Qəniyeva