SƏNAYE

11 İyun

“İnşaat Konstruksiyaları Zavodu”nun xalis mənfəəti cüzi artıb

“İnşaat Konstruksiyaları Zavodu” ASC 2020-ci ili 32 min 505 manat xalis mənfəət ilə başa vurub. ASC 2019-cu ili 30 min 167 manat xalis mənfəət ilə bağlamışdı.

31 Dekabr 2020-ci il tarixində “İnşaat Konstruksiyaları Zavodu” 3 milyon 213 min 491 manat cəmi aktivlərə malik olub. Aktivlərin təxminən yarısını (1 milyon 498 min 150 manatını) qısamüddətli debitor borcları təşkil edib. Şirkətin təxminən debitor borclar qədər - 1 milyon 441 min 419 manat kredit borcu var.