SƏNAYE

10 İyun

STP Global Cable  məhsullarını Avropa İqtisadi Zonasında satmaq imkanı əldə edib

 STP Global Cable istehsal etdiyi NA2XSY markalı 6/10 kV və 20,3/35 kV gərginlikli kabelləri artıq Avropa İqtisadi Zonasında da satılmaq imkanı əldə edib 

Fins.az xəbər verir ki, bu barədə  STP Global Cable-dan məlumat verilib

Məlumata görə,buna nail olmaq üçün şirkət yuxarıda qeyd edilmiş markalı kabelləri Avropa Birliyində müvafiq laboratoriyaya (Notified Body) test üçün göndərmişdir, məhsullar testlərdən uğurla keçib.Artıq, qeyd edilmiş məhsullar EU CPR (European Union Construction Products Regulation) üzrə tələbləri tam ödəyir. Bu şirkətə istehsal etdiyi məhsulları “CE Marking” altında Avropa bazarına tədarük etməyə imkan yaradır.

Xatırladaq ki, STP Global Cable şirkəti ötən ildə STP-nin Kabel və Elektrik Avadanlıqları zavodlarının bazasında yaradılmışdır. Müəssisə müxtəlif növ və təyinatlı kabellər, kabel kanalları, terminallar, elektrik məhsullarını istehlakçılara təklif edir.

500 kV-luq kabellərin istehsalı imkanı ilə STP Global Cable regionda yeganə, dünyada isə 6 istehsalçılardan biridir.