SƏNAYE

07 İyun

Rövnəq Abdullayev Total-ın rəhbəri ilə görüşüb

İyunun 5-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.

SOCAR-dan FIns.az-a bildirilib ki, görüşdə SOCAR və “Total” şirkətlərinin həyata keçirdiyi birgə layihələr və mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Qeyd edək ki, “Total” şirkəti Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin səhmdarlarından biridir və Azərbaycanda “Abşeron” yatağının işlənməsində iştirak edir. Abşeron Petroleum Birgə Əməliyyat Şirkətinin (JOCAP) səhmləri SOCAR Absheron (50 faiz) və TOTAL EP Absheron (50 faiz) şirkətləri arasında bərabər bölünüb.