SƏNAYE

17 May

SOCAR-ın Gürcüstandakı neft terminalı daşımaların həcmini açıqlayıb

SOCAR-ın Gürcüstandakı Kulevi neft terminalı ("Black Sea Terminal") 2008-ci il mayın 16-dan bu günədək (16 may) 28 mln. ton neft və neft məhsulları aşırıb.

Məlumata görə məlumata görə, hesabat dövründə terminalın ilkin saxlama gücü 360 000 kubmetrdən 402 000 kubmetrədək artırılıb.Vurğulanır ki, terminalın əvvəlcə xam neftin, mazutun və qazolin aşırılması üçün nəzərdə tutulmasına baxmayaraq, həyata keçirilən genişləndirmə layihələri terminalın aşırma imkanlarını nəql genişləndirməyə imkan verdi.

Qeyd edək ki, terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya kerosini, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.

(c)APA