SƏNAYE

17 May

"Azərelektrikşəbəkətikinti"nin gəlirləri kəskin azalıb

"Azərelektrikşəbəkətikinti" ASC 2020-ci ili 2 milyon 160 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 3 milyon 30 min manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az xəbər verir ki, şirkətin xalis mənfəətinin azalmsı gəlirlərin azalmasından qaynaqlanır. Belə ki, 2020-ci ildə "Azərelektrikşəbəkətikinti"nin əsas əməliyyat gəlirləri 2,3 dəfə azalaraq 11 milyon 176 min manat təşkil edib. Şirkət 2019-cu ildə 25 milyon 827 min manat gəlir əldə etmişdi.