SƏNAYE

16 May

Azərbaycan Ukraynaya neftin yeganə tədarükçüsü olub

Ukrayna 2021-ci ilin yanvar-aprel aylarında neft və neft xammalı idxalını 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,2% - 377,384 min tonadək azaldıb.

Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatına görə, bu dövrdə $142,608 milyon məbləğində xammal idxal olunub ki, bu da bir il əvvəllə müqayisədə 18,4% azdır. Neftin bütün həcmi Azərbaycandan daxil olub.

Bundan başqa, hesabat dövründə Ukrayna Rumıniyaya $27,133 milyon dəyərində 89,963 min ton neft ixrac edib. Bu həcm “Trafigura” beynəlxalq treyderinin “Ukrtransnafta” SC-dən aldığı Azərbaycan neftinin həcminə bərabərdir.