SƏNAYE

08 May

“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

“Azərişıq”Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək, qəza xidməti və 199 Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətindədir.

Fins.az xəbər verir ki,bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb. İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər.