“Bakı Elektroştamp” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Fins.az xəbər verir ki, yığıncaq 28 iyun 2021-ci il saat 10.00-da, onlayn rejimdə Zoom proqramı vasitəsilə qeyd olunan linkə qoşulmaqla //zoom.us/j/95971734818?pwd=TzdpWlFzL2taMkdRQTQxeEY4eXpYdz09 aşağıdakı gündəlikdə keçiriləcəkdir:
Gündəlikdəki məsələlər:
1 . “Bakı Elektroştamp” ASC -nin 2019 və 2020-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
2. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Karantin rejimi ilə əlaqədar məhdudiyətlər müəyyənləşdirilə bilər.