SƏNAYE

07 May

Azərbaycanda bu quruma vətəndaşların etdiyi 342 müraciət baxılma prosesindədir

Aprel ayı ərzində istehlakçıların hüquqlarının qorunması,abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 628 müraciət daxil olub.

Fins.az xəbər verir ki, elektrik enerjisi təchizatı ilə bağlı 471 müraciət bunlardan 439-u icra üçün, 32-si məlumat üçün daxil olan müraciət edib. Bildilir ki, təbii qaz təchizatı ilə bağlı 64 müraciətdən 55-i icra üçün, 9-u məlumat üçün edilib. 

Qurumun məlumatına görə,İstilik təchizatı ilə bağlı 6 müraciət daxil olub ki, 5-i icra üçün, 1-i məlumat üçün olunub. 87 müraciət ( 61-i icra üçün, 26-sı məlumat üçün) isə digər məsələlərlə bağlı olub. 628 müraciətdən 217 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb ( 2 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub. 342 müraciət hazırda baxılma prosesindədir; 68 məlumat xarakterli müraciətdən 13 qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.