SƏNAYE

05 May

TAP kəməri ilə qazın nəqli kəskin artıb

Bu ilin aprel ayında Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə 6 477 heqavatt-saat enerji ekvivalenti həcmində (təqribən 630 194 593 kubmetr) qaz nəql edilib ki, bu da mart ayının göstəricisi ilə müqayisədə 42% çoxdur.

TAP konsorsiumundan Fins.az-a  verilən məlumata görə, mart ayında boru kəməri vasitəsi ilə 4 565 heqavatt-saat enerji ekvivalenti həcmində (təqribən 444 162 161 kubmetr) qaz nəql edilib.

Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına görə, bu ilin I rübündə Azərbaycan Avropaya təqribən 1,1 mlrd. kubmetr qaz ixrac edib.

(c)APA