SƏNAYE

04 May

Azərbaycanın maşınqayırma zavodu mənfəətdən zərərə keçib

"B.Sərdarov adına Maşınqayırma Zavodu" TASC 2020-ci ili 407 min manat xalis zərər ilə başa vurub. Müəssisə 2019-cu ili 87 min 300 manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az xəbər verir ki, 2019-cu ildə zavodun 1 milyon 534 min təşkil etmiş malların təqdim edilməsindən gəlirləri, 2020-ci ildə təxminən 2 dəfə azalaraq 735 min manata düşüb.

Gəlirlərin kəskin azalması "B.Sərdarov adına Maşınqayırma Zavodu"nun zərərə düşməsinə səbəb olub.