SƏNAYE

04 May

Neft Fondu "Şahdəniz"dən nə qədər gəlir götürüb? -MƏBLƏĞ

2021-ci ilin mayın 1-nə olan göstəricilərə görə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 42 352 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə azdır.

Fins.az  xəbər verir ki, ARDNF-dən  verilən məlumata görə, fonda daxil olan vəsaitlərin hamısı qaz kondensat təşkil edib. 

Məlumata görə, ötən ilin yanvar-fevralında (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 112 mln. dollar təşkil edib, bunun da 59 mln. dolları kondensatın payına düşüb.