SƏNAYE

04 May

Neft Fondu bu ölkələrə investisiyaları ARTIRIB

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrə investisiyaları azalıb və inkişaf etməkdə olan ölkələrə isə artıb.

Fins.az Neft Fondunun 2021-ci ilin ilk rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il aprelin 1-nə fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,47 faizi inkişaf etmiş ölkələr, 21,70 faizi inkişaf etməkdə olan ölkələr təşkil edib.

Keçən ilin sonuna isə ARDNF-in investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,26 faizi inkişaf etmiş ölkələr, 20,73 faizi inkişaf etməkdə olan ölkələr təşkil edirdi