SƏNAYE

29 Aprel

“Azərişıq” hava xətlərinin əvəz olunmasına 765 mindən  çox vəsait yönəldəcək

“Azərişıq” ASC Bakının Binəqədi rayonunda 110/35/6 kV-luq "Binəqədi" yarımstansiyasından qidalanan 35 və 6 kV-luq hava xətlərinin bir hissəsinin kabel xətləri ilə əvəz olunmasına 766 min manata yaxın vəsait yönəldəcək.

www.tender.gov.az saytının məlumatına görə, “Azərişıq” "Sahin-A Ltd” MMC ilə müvafiq müqavilə imzalayıb.

Müqavilənin dəyəri - 765 min 641,04 manatdır.

Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.

“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.