SƏNAYE

29 Aprel

ABŞ İranla razılaşmaya qayıtmaq istəyir

İranla bağlı nüvə razılaşmasına qayıtmaq mümkündür.

Fins.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Əvvəl-axır İranın nüvə razılaşmasına qayıtmağımız mümkün olacaq. Qarşılıqlı razılıq prinsipi əsasında İranla daha uzunmüddətli və dayanıqlı anlaşmaya addımlamaq mümkündür”, - deyə Sallivan bildirib.

Qeyd edək ki, Donald Tramp administrasiyası dönəmində ABŞ İranla imzalanmış nüvə sazişindən çıxmışdı.