SƏNAYE

19 Aprel

Alüminium və ondan hazırlanan məmulatların ixracı artıb

Bu ilin ilk üç ayında 17,8 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 42,4 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni dövründə 21,4 milyon dollarlıq 11,4 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.