SƏNAYE

19 Aprel

Azərbaycanda sement istehsalı 8% azalıb

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 134,6 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10% çoxdur.

Bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Hesabat dövründə respublikada 629 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% azdır.

Yanvar-mart aylarında 4,3 min ton (artım 10,3%) tikinti gipsi, 20,3 min ton (artım 50,4%) sementdən kərpic və tikinti blokları, 452,3 min ton (artım 43,5%) hazır beton qarışığı, 8,9 min ton (artım 21,9%) tikinti əhəngi, 104,2 min kubmetr (artım 2,7%) tikinti kərpici, 605,9 ton (artım 34,4%) işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar, 11,4 min kubmetr (artım 2,7%) yığma beton konstruksiya istehsal edilib.

Hesabat dövründə asfalt istehsalında 83,7% azalma (6,5 min ton) qeydə alınıb.*