SƏNAYE

16 Aprel

\"Sumqayıt Kimya Sənaye Parkı\"nın direktoru dəyişib

İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Elşad Nuriyevə həvalə olunub.

Xatırladaq ki, "Sumqayıt Kimya Sənaye Parkı" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Şirkət ölkədəki sənaye parklarının idarəedicisidir.

©️ Report