SƏNAYE

16 Aprel

SOCAR hasil etdiyi qazın həcmini AÇIQLAYIB

2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 1,9 milyon tondan çox neft, 1,9 milyard kubmetrdən çox qaz hasil olunmuşdur.Ölkə üzrə ümumilikdə 8,8 milyon tona yaxın neft və 10,4 milyard kubmetrdən çox qaz hasil edilib.Qaz hasilatında artım ilin birinci rübündə davam etmişdir. Müvafiq dövrdə şirkət üzrə 7 min metrə yaxın qazma işləri həyata keçirilib. 

Fins.az xəbər verir ki, birinci rüb ərzində SOCAR tərəfindən 4,5 milyon ton6 xam neft, 512 milyon kubmetrə yaxın təbii qaz ixrac edilmişdir. SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ümumilikdə isə ölkədən 7 milyon tona yaxın8 neft ixrac edilərək, tankerlərə yüklənib. 

Müəllif:Aynur Qəniyeva