2021-ci ilin yanvar ayında Şahdəniz yatağından Azərbaycan qazının ixracı 1 milyard 607,1 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin yanvar ayına nisbətən 50,1% çoxdur.
Fins.az xəbər verir ki, Şahdəniz yatağından qaz ixracının payı 2021-ci ilin yanvar ayında magistral qaz kəmərləri ilə nəql olunan qazın ümumi həcminin 45,3% -ni təşkil edib.
Ümumiyyətlə, Azərbaycanın əsas qaz boru kəmərləri 2021-ci ilin yanvar ayında 3 milyard 549,3 milyon kubmetr qaz ixrac edib (artım 12,2%).
r.