2020-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 40,8 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
“2020-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 2 milyard 40,8 milyon manat və ya 5,1% gəlir əldə edilib”, - deyə məlumatda bildirilir.