Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə çərçivəsində $450 milyon məbləğində dördüncü bonusu alıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondu məlumat yayımlayıb
Məlumatda bildirilir ki,yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illər ərzində ARDNF-ə ümumilikdə $3,6 milyard məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur və bonus məbləğinin 4-cü hissəsi – 450 milyon dolar yanvar ayının 5-də fonda daxil olub
ARDNF 2018-2020-ci illərdə AÇG yataqlar blokunun işlənməsi haqqında yeni müqavilə üzrə ümumilikdə 1,35 milyard dollar məbləğində üç tranş alıb.