2020-ci ildə Azərbaycanda neft hasilatı 34 milyon 538,848 min ton təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 7,9% azdır.
Fins.az xəbər verir ki bu barədə SOCAR məlumat yayımlayıb
“2020-ci il ərzində Azərbaycanda 34,5 milyon 538,848 min tob xam neft hasil edilib. Neft hasilatında azalma, əsas etibarilə OPEC+ razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olub”, - şirkətdən qeyd ediblər..
SOCAR-ın məlumatına görə, 2020-ci ildə Azərbaycanda qaz hasilatı 4,3% artaraq 37 milyard 140,9 milyon kubmetr təşkil edib. Məlumata görə, ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə qaz hasilatı təqribən 4% artıb