Yanvarın 19-dan 21-dək ölkə arazisində hava şəraitinin qeyri - sabit keçəcəyi ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçəcək.
Fins.az xəbər verir ki, bu səbəbdən “Azərişıq” ASC-də əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Məsələ ilə əlaqədar “Azərişıq” ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.
“Azərişıq” ASC rəhbərliyinin göstərişinə əsasən regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışacaq. Qurum istehlakçılara müraciət edərək bildirir ki, qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.