Azərbaycanda ötən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 37,1 mlrd. manatlıq və ya 2019-cu illə müqayisədə 5% az sənaye məhsulu istehsal edilib.
Fins.az xəbər verir ki,Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,5% artıb.
Məlumata görə, sənaye məhsulunun 61,3%-i mədənçıxarma sektorunda, 32,5%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
"Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8% azalıb, əmtəəlik qaz hasilatı isə 6,3% artıb", - komitədən bildirilib.