Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ildə 37,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayaıb
Məlumata görə, bu göstərici 2019-cu il ilə müqayisədə 5,0 faiz az sənaye məhsulu istehsal edilib.
Bildilir ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,5 faiz artıb.
Sənaye məhsulunun 61,3 faizi mədənçıxarma sektorunda, 32,5 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Müəllif:Aynur Qəniyeva