Bakı, 15 yanvar Fins.az
Belarus 2020-ci ildə Azərbaycandan təxminən 1 milyon ton neft alıb.
Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
"2020-ci ildə biz “Belneftexim”-ə 1 milyon tona yaxın neft göndərmişik. Bunun 720 min tona qədəri Azərbaycan, qalan həcm isə qeyri-Azərbaycan nefti olub. Burada “Belneftexim”in digər tədarükçülərdən, məsələn, Ukraynadan aldığı Azərbaycan neftinin həcmi nəzərə alınmır", - deyə İ.Əhmədov bildirib.
O, həmçinin qeyd edib ki, 2021-ci ilin yanvar ayında SOCAR Belarusa bir partiya neft nəql edib. "90 min ton həcmində neftin nəqli yanvarın 6-da Supsadan həyata keçirilib. Yanvar ayına nəql daha planlaşdırılmır", - deyə rəis müavini əlavə edib.
Bununla belə, İ.Əhmədov 2021-ci ildə SOCAR tərəfindən Belarusa nəql olunacaq neftin (Azərbaycan və qeyri-Azərbaycan) həcmini açıqlamayıb.
“SOCAR Trading” 2020-ci ilin mart ayında Belarusun "Belneftexim" konserninə neft tədarük etməyə başlayıb.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib