SƏNAYE

14 Yanvar

OPEC Azərbaycanda üzrə proqnozunu yüksəldib

Bakı, 14 yanvar Fins.az

Azərbaycanda 2020-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

Bu barədə fins.az Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.

Qeyd edək ki, 2020-ci il üzrə göstərici dekabrda təşkilat tərəfindən ötən il üçün verilən proqnoza uyğundur. Buna baxmayaraq, OPEC 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 10 min barel yüksəldib. Belə ki, proqnoza əsasən, gələn il sözügedən göstərici 730 min barel səviyyəsində olacağı gözlənilir.