SƏNAYE

14 Yanvar

Saltuk Düzyol: Gəliri 500 milyon dollar olan layihədə 30% payı olan BOTAŞ-ın gəliri təmin ediləcək

Bakı, 14 yanvar Fins.az

İllik gəliri 500 milyon dollar olan layihədə 30% payı olan BOTAŞ-ın gəliri təmin ediləcək.

Fins.az xəbər verir ki, bunu TANAP rəhbəri Saltuk Düzyol Türkiyə mətbuatına açıqlamasında bildirib. 

Məlumata görə, 2021-ci ildən bəri TANAP-dan lazımi miqdarda qaz çatdırdığını ifadə edən Düzyol, "BOTAS -ın bizdən aldığı qazın miqdarı 8,38 milyard kubmetrə çatıb. Çatdırılmanın ilk ili üçün 2 milyard kubmetr verdik. Çatdırılma illərimiz 30 İyundan 30 İyuna qədər hesablanır. İkinci il üçün 4 milyard kubmetrə qədər artmışdıq. Bu il tədarük həcmi, 30 iyun 2021-ci ilədək 6 milyard kubmetrə çatacaq.

O eyni zamanda  bu günə qədər Türkiyəyə ixrac olunan qaz cəmi  12 milyard kubmetrə çatacaq. Bu ildən etibarən tərəflərlə 15 illik transfer müqaviləmiz var. BOTAŞ-la imzalanan müqavilədə qazın həcmi 6 milyard kubmetr olaraq davam edəcək. Bununla yanaşı idarəetmə imtiyazımız 49 ildir. Əlavə qaza ehtiyac olduqda qazla təminat davam edəcək .

Müəllif: Aynur Qəniyeva